Site icon Aznews TV

Zənganda qaçaqmalçılardan 5 min illik tarixi əsər götürülüb

Zəngan əyalətinin Mədəni İrs, Turizm və Əl İşləri İdarəsinin mühafizə bölməsinin başçısı polkovnik Hüseynəli Fəzlinin mediaya verdiyi açıqlamaya görə, Zəngan şəhərində qaçaqmalçılardan 5 min illik tarixi əşya götürülüb.

Onun sözlərinə görə, məlumatlar əsasında keçirilən əməliyyat nəticəsində 5 min illik tarixi olan daş qədəhi satmaq istəyən iki tarixi əsər qaçaqmalçısı saxlanılıb.

Hüseynəli Fəzli əsərin eradan öncə 3-cü min illiyə aid olduğunu və dəyərləndirlməsi üçün ilgili qurumlara verildiyini bildirib.

Exit mobile version