Site icon Aznews TV

Zənganda tanınmış idman ustası Cəlil Abbasi həbs edilib

İran Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin əməkdaşları Zəngan şəhərində yaşayan tanınmış idman ustası, boks müəllimi Cəlil Abbasınin evinə basqın edərək onu həbs ediblər.

İdman ustasının nədə ittiham olunduğu və hara aparıldığı barədə onun ailəsinə heç bir məlumat verilməyib.

Abbasinin son həftələr Zənganda keçirilən kütləvi etiraz aksiyaları ilə bağlı saxlanıldığı ehtimal edilir.

Exit mobile version