Site icon Aznews TV

Zabux kəndinə növbəti köç karvanı yola düşüb

Respublikanın müxtəlif ərazilərində – yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı dekabrın 25-də Bakı şəhərinin Qaradağ rayonundan yola salınıb.

Bu mərhələdə Zabux kəndinə daha 27 ailə – 95 nəfər köçürülüb.

Qeyd edək ki, indiyədək Zabux kəndində 203 ailənin, yəni 783 nəfərin daimi məskunlaşması təmin edilib.

Exit mobile version