Site icon Aznews TV

Zelenski: “Ukraynanın NATO-ya qoşulmazdan əvvəl də təhlükəsizlik zəmanətinə ehtiyacı var”

“Rusiya (qoşunları-red) Ukrayna ərazisindən çıxmalıdır. Bütün Ukraynadan və bütün işğalçılar. BMT Nizamnaməsinin hər bir bəndi yenidən işləməlidir – Rusiyanın beynəlxalq hüquq pozuntularının heç birinə göz yummaq olmaz. Beynəlxalq münasibətlərə təhlükəsizlik və sülh məhz bu prinsiplər əsasında qayıdacaq”, – Prezident qeyd edib.

O qeyd edib ki, “Ukraynanın sülh düsturu məhz bunun üçündür, tamamilə realist və kifayət qədər konkretdir, bu gün (dünən-red) Makronla da ətraflı müzakirə olunub.

“Litva sammitində bizim ümumi mövqeyimiz – bütün iştirakçı dövlətlər – Avropanın təhlükəsizliyinin tələbləri qədər iddialı ola bilər. Mən buna əminəm.

Ukrayna üçün, yəni qaydalara əsaslanan beynəlxalq nizam üçün effektiv təhlükəsizlik təminatları hətta Alyansa qoşulmazdan əvvəl də lazımdır”, – Zelenski bildirib.

Exit mobile version