AzərbaycanBölgə

“Şuşada Baş konsulluq açırıq” -Ərdoğandan açıqlama

“Biz də Şuşada Baş konsulluq açırıq”. Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan səfərindən qayıdarkən jurnalistlərə müsahibəsində bildirib.

Ərdoğan deyib ki, Azərbaycana səfəri zamanı ikitərəfli əlaqələri, eyni zamanda, regional və beynəlxalq prosesləri Prezident İlham Əliyevlə müzakirə edib: “Cənubi Qafqaza yönəlik ortaq baxışımızın sülh, sabitlik və inkişaf təməlində inşa edildiyini bir daha təsdiqlədik.

Sərhədlərin müəyyənləşdirilməsi, Naxçıvan və Azərbaycanın qərb bölgələri arasında əlaqə yolunun açılması və sülh müqaviləsinin imzalanması bölgənin normallaşması üçün mühüm addımları təşkil edəcək”, – Ərdoğan qeyd edib.

“Azərbaycanlı qardaşlarımız işğaldan azad edilmiş torpaqlarında başladıqları yenidənqurma və inkişaf prosesini sürətlə davam etdirirlər“-deyən Ərdoğan xatırladıb ki, ötən il, o, Şuşada, Füzulidə olarkən işğaldan azad edilmiş torpaqlarda aparılan işlərlə yerində tanış olub: “Qarabağın bir ildən sonra gəldiyi nöqtəni görmək, onun günü-gündən inkişafının şahidi olmaq, sözün düzü, məni hədsiz dərəcədə sevindirdi.

Bu layihələrdə qurumlarımızın və türk şirkətlərinin payının olması bizim üçün qürurvericidir.

Bu münasibətlə bütün Azərbaycan xalqını, xüsusən də qardaşım İlham Əliyevi təbrik etmək istəyirəm. İnanıram ki, Azərbaycanın investisiya addımları ilə Qarabağ tezliklə regionun parlayan ulduzuna çevriləcək”, – Türkiyə lideri vurğulayıb.

Related Articles

Bir cavab yazın

Back to top button