Azərbaycanİran

Həbsdə olan güneyli siyasi məhbus əməliyyat üçün məzuniyyətə buraxılmır

Tehran Avtobus Şirkəti İşçilərinin Həmkarlar İttifaqı xəbər verib ki, İranın ədliyyə orqanları və ETTELAAT (Təhlükəsizlik və Kəşfiyyat) Nazirliyi bir daha sözügedən Həmkarlar İttifaqının həbsdə olan üzvü və işçi fəalı Rza Şəhabinin cərrahiyyə əməliyyatına təcili ehtiyacı olmasına baxmayaraq, sərbəst buraxılmasına qarşı çıxıb.

Məlumata görə, İranın ədliyyə orqanlarının güneyli fəal Rza Şəhabinin müalicə məzuniyyətinə buraxılmasına etiraz etməsi səbəbinin onun həbs cəzasının üçdə birini çəkməməsi olduğu bildirilib və onun məzuniyyət almaq hüququna malik olmadığı vurğulanıb.

Qeyd olunub ki, bu səbəb Rza Şəhabinin 5 il həbs cəzası ilə 23 aya yaxın həbsdə olduğu bir vaxtda göstərilib.

Xatırladaq ki, güneyli fəalın boyun və kürək fəqərələrindən aldığı zədələrə görə təcili əməliyyata ehtiyacı var.

Related Articles

Bir cavab yazın

Back to top button