İran

İranda daha 3 qadın ailə üzvləri tərəfindən öldürülüb

İranda qadınların hüquqlarının pozulması və qadın "namus qətlləri" davam etməkdədir. Məşhəd, Səbzvar və Tehran şəhərlərində daha üç qadın ailə üzvləri tərəfindən öldürülüb.

Tehranda ailə-məişət zəminində ailə başçısı həyat yoldaşı və yeniyetmə oğlunu yandıraraq qətlə yetirib.

Bununla yanaşı, Məşhəd şəhərində də 17 yaşlı oğlan özündən böyük bacısını boğaraq öldürüb.

Səbzvar şəhərində isə Arzu Şirxani adlı gənc qadın qətlə yetirilib.
İran hökumətinin bundan öncəki rəsmi statistikasında son 2 il ərzində 172  qadının ailə üzvləri tərəfindən öldürüldüyü qeyd edilib.

Qeyd edək ki, İran qanunlarına əsasən, namus məsələsinə görə qadını öldürənlərin cəzası yüngüldür. Buna görə də qatillərin sayı azalmır.

Related Articles

Bir cavab yazın

Back to top button