İran

İranda son 6 ayın edam statistikası açıqlandı

Mərkəzi ofisi Norveçdə Yerləşən İran İnsan Haqları Təşkilatı İranda 2023-cü ilin ilk yarısında həyata keçirilən edam statistikasını açıqlayıb.

Cari ilin 6 ayı ərzində 354 nəfər edam edilib ki, bu da 2022-ci ilin eyni dövrü ilə müqayisədə 36 faiz çoxdur.

Hüquq müdafiəçiləri bildiriblər ki, İranda qeyri-fars etnik qruplar edamlara daha çox məruz qalır.

Onların bildirdiyinə görə, edam edilən şəxslərin 20 faizi sünni bəluclardır.

Məlumatda qeyd olunub ki, narkotiklərlə bağlı ittihamlar üzrə 206 nəfər asılıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 126 faiz çoxdur.

Edam edilənlər arasında 6 qadın var.

İran İnsan Haqları Qrupunun direktoru Mahmud Əmiri jurnalistlərə müsahibəsində deyib ki, İranda ölüm cəzası cəmiyyətdə qorxu yaratmaq və daha geniş etirazların qarşısını almaq məqsədilə istifadə olunur.

Onun sözlərinə görə, bu ölkədə 2022-ci ildə 582 edam icra edilib ki, bu da 2015-ci ildən bəri olan ən yüksək göstəricidir.

İran hakimiyyəti 6 ay ərzində etirazlarla bağlı 7 nəfəri edam edib.

Hüquq müdafiəçiləri bu ilin sonunadək edamların sayının artacağı ilə bağlı xəbərdarlıq ediblər.

Related Articles

Bir cavab yazın

Back to top button