AzərbaycanDünya

Azərbaycan tərəfindən BMT-də Ermənistana qarşı məhkəmə işi başa çatıb

Azərbaycan Ermənistanın işğal etdiyi ərazilərdə azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti həyata keçirdiyini əsas gətirərək Beynəlxalq Ədalət Məhkəməsində qaldırdığı işə mahiyyəti üzrə baxılmasını və bu ölkənin Qarabağda törətdiyi cinayətlərin araşdırılmasını tələb edib.

Azərbaycan tərəfindən Birləşmiş Millətlər Təşkilatının (BMT) məhkəmə orqanı olan UAD nəzdində “İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında beynəlxalq konvensiya”əsasən Ermənistana qarşı məhkəmə işi başa çatıb.

Niderlandın Haaqa şəhərindəki Sülh Sarayında keçirilən və aprelin 26-da başa çatan dinləmələrdə Azərbaycanın vəkilləri Ermənistanın Qarabağı işğalı zamanı Azərbaycan türklərinə qarşı etnik təmizləmə siyasətini ittiham edib və işə mahiyyəti üzrə baxmaq lazım olduğunu bildiriblər.

Azərbaycan tərəfinin hüquqşünaslarından olan beynəlxalq hüquq professoru Voqan Lou (Vaughan Lowe) Ermənistanın “işin rədd edilməsi” tələbinin üzrlü səbəblərə əsaslanmadığını qeyd edərək “Ermənistan Azərbaycan məsələsini təhrif edir” deyib: “Ermənistan Azərbaycanın ittihamlarını inkar edə bilmədiyi üçün məhkəmənin yurisdiksiyasına etiraz edir. Məhkəmədən xüsusilə Qarabağın işğalı zamanı Ermənistanın törətdiyi irqi ayrı-seçkilik, etnik təmizləmə, əmlak müsadirəsi, təbii sərvətlərin istismarı, ətraf mühitə dəyən zərər və digər cinayətlərin hərtərəfli araşdırılmasını istəyirik. Azərbaycanlılara vurduğu zərərin ödənilməsi yolu Ermənistanın sözügedən pozuntularını müəyyən etməklə mümkündür”.

Xatırladaq ki, aprelin 25-də keçirilən iclasda Ermənistanın vəkilləri Birləşmiş Millətlər Təşkilatının (BMT) məhkəmə orqanı olan UAD-ın işə baxmaq səlahiyyətinin və Azərbaycanın ittihamının yurisdiksiyaya aid olmadığını söyləyərək işə xitam verilməsini istəyiblər.

Related Articles

Bir cavab yazın

Back to top button