İran

Urmuda korrupsiya ittihamı ilə həbs olunanlar var

Ötən bir neçə gündə bəzi Urmu şəhrdarisi müdirləri rüşvət ittihamı ilə tutuqlanıblar. Bu barədə Urmu şəhərinin Sənaye Danişqahı Rəhbərlik Qurumunun məsul şəxsi Hüccət-Ül-İslam Mənsur İmami məlumat verib.
O, bildirib ki, sakinlər bir neçə gün əvvəl Urmu Şəhrdarisinin bəzi bölmələri barədə intiqadlarını bildiriblər. “Bu olaydan sonra bölmə müdirləri mesajla intiqad edənləri təhdid ediblər. Ümid edirəm ki, bu hərəkat əmniyət, məhkəmə və nəzarət qurumları tərəfindən davam etdiriləcək. İfşa olunan insanlarla məhdudlaşmayacaq. Bütün orqan və qurumlarda rüşvətin başında duranlar cəzalandırılacaqlar. Bununla da xalqın bu qurumlara etimadı güclənəcək. Hər hansı bir cəmiyyətdə rüşvət görünərsə, fikr sahibləri buna susar və ya belə bir əməlləri tocih edərlərsə onlar da rüşvətdən yaranmış pozuntular üzrə cürm ortağı hesab olunacaqlar. Rüşvət ilə mübarizə qanuni bir vəzifədir”,-deyə o Mənsur İmami vurğulayıb.

Related Articles

Bir cavab yazın

Back to top button