Dünya

İsrail ordusu Qəzzanı yenidən bombalayır

İsrail ordusui dekabrın 1-də səhər saatlarında HƏMAS-a qarşı döyüş əməliyyatlarını bərpa etdiyini bildirib.

“Aznewstv” CNN-ə istiinadla xəbər verir ki, bu barədə «Tsaxal» tərəfindən yayılan məlumatda deyilir.

İsrail tərəfi HƏMAS-ı əməliyyat fasiləsini pozduğunu iddia edir və  hərbi əməliyyatları davam etdirəcəyini açıqlayır,

CNN yazır ki, İsrail və HƏMAS arasında atəşkəs razılaşması sona çatmış görünür və onun davam etdiyinə dair heç bir əlamət yoxdur.

Nəşrin məlumatına görə, bu, cümə günü verilən müddətin bitməsinə bir saat qalmış İsrailin hava hücumundan müdafiə sisteminin Qəzza zolağından atılan bir raketin qarşısını alması səbəbindən baş verib. 

İşğalçı İsrail ordusu da bunu bəhanə edərək Qəzza zolağına yenidən artilleriyadan zərbərələr endirib.

Ancaq HƏMAS İsrailiə raket atmas barədə iddianı yalanlayıb. Atəşkəsin davam etməsində maraqlı olduğunu açıqlayıb. 

Related Articles

Bir cavab yazın

Back to top button