Azərbaycanİran

Etiraz aksiyasında öldürülən daha bir azərbaycanlı öyrəncinin kimliyi bəlli olub

Qərbi Azərbaycan əyalətinin Çaldıran şəhərindən olan Rza İsmayılzadə oktyabrın 25-də doğma şəhərində torpağa tapşırılıb.

O, Tehranın Şərif Universitetinin öyrəncisi idi və İran rejiminə qarşı keçirilən etiraz aksiyalarında hökumət qüvvələri tərəfindən güllələnərək öldürülüb.

Xatırladaq ki, İran İnsan Haqları Təşkilatının yaydığı son məlumata görə, sentyabrın 17-dən 24 oktyabra qədər İranda baş verən etiraz aksiyalarında 35-i uşaq olmaqla 252 nəfər repressiv qüvvələr tərəfindən öldürülüb.

Related Articles

Bir cavab yazın

Back to top button