Azərbaycanİran

İran əhalisinin yarısı köçə məcbur olacaq

İranda quraqlıq və su qaynaqlarının tükənməsi, habelə mövcud su ehtiyatlarının düzgün idarə edilməməsi səbəbindən gələcək 25 il ərzində ölkənin cənub yarısı tamamilə sakinlərdən boşala bilər.

Bu barədə Kirman şəhərinin “Şəhid Bahünər” Universitetinin Elmi heyətinin hesabatında xəbərdarlıq edilib.

Urmiya gölü ətrafında baş verməkdə olan ekoloji fəlakətin də yer aldığı hesabatda, belə davam edəcəyi təqdirdə bir çox əyalətlərin sakinlərinin susuzluq səbəindən başqa yerlərə köçməyə məcbur olacaqları qeyd edilib.

Qeyd edək ki, bir müddət əvvəl İranın energetika nazirinin müavini Əhməd Heydəri 300 şəhər və 23 min kəndin quraqlıq və su çatışmazlığından əziyyət çəkdiyini deyib.

Related Articles

Bir cavab yazın

Back to top button