İran

İranda itlər günahsız yerə gülləbaran edilir

Tehran əyalətinin Dəmavənd şəhərində 1600-dən çox sahibsiz it bələdiyyə tərəfindən öldürülüb.

Bu barədə Dəmavənd şəhərinin Gəndək bölgəsində fəaliyyət göstərən Sahibsiz İtlərin Qorunması və Sağlığı Mərkəzi özünün Instagram hesabındakı paylaşımında məlumat verib.

Yerli əhalinin dediyinə görə, bu ərazidə sahibsiz itlərin sayı artsa da, bələdiyyənin sözügedən mərkəzini su və onların mühafizəsi üçün lazım olan digər ehtiyaclarla təmin etməsi gözlənildiyi halda, bələdiyyə məmurları çıxış yolunu onları öldürməkdə görüb.

Tehran Ekologiya İdarəsinin rəisi məsələyə belə münasibət bildirib: “Ətraf mühit belə qeyri-insani hərəkətə qarşıdır və əsasən sahibsiz itlərin odlu silahla qətlə yetirilməsi İranın Daxili İşlər Nazirliyinin şəhər heyvanları ilə bağlı müəyyən etdiyi qaydalardan kənardır və bu, qeyri-qanuni və qeyri-peşəkar hərəkət kimi qiymətləndirilir”.(https://t.me/AzadIranTelegram/8876)

Related Articles

Bir cavab yazın

Back to top button