bu barədə Əfqanıstanın Pajhvok agentliyi əyalətin səhiyyə departamentinin məlumatlarına istinadən məlumat yayıb.
Ölən və yaralananların yaşı 12-dən çox deyil. Yaralılar Kabildəki xəstəxanaya aparılıb. Hadisənin hansı şəraitdə baş verdiyi araşdırılır.
UNICEF-in məlumatına görə, 2022-ci ildə Əfqanıstanda 700-dən çox uşaq partlamamış hərbi sursatlar nəticəsində həlak və ya şikəst olub. Əfqan uşaqlar tez-tez döyüş sursatı ilə oynayarkən və ya metal qırıntıları yığarkən həlak olurlar.