İran

ƏHVAZ USTANININDA SU MÜŞKÜLÜ HƏLL OLUNMUR

İran özünəməxsusluğu ilə yanaşı dünyada həm də nəft ölkəsi kimi tanınır. Ölkənin geniş coğrafiyasına baxmayaraq Nəft və qaz mədənləri ancaq nadir yerlərdə var. Bu yerlər Azərbaycanın tarixi əraziləri, özəlliklə Xəzər gölü, Muğan və ərəblərin yurdu Əl-Əhvaz məntəqəsidir. İranın nəft teknolojisi yetərsizdir, nəft və qaz istixracı ən çox Əhvaz bölgəsi hesab olunur. Ancaq İranda Ərəb və Türklərə qarşı şiddətli asimilasyon siyasəti var. Hakimiyyəti maddi olaraq ayaqda tutan Əhvaz bu mənada bir fəlakət yaşıyır. Əsas ehtiyaclarını ödəməkdə çarəsiz qalan Ərəb milləti ağır sərkub və basqıya məruz qalıb. İşsizlik, milli kimlikləri və hətta yerli əhalinin su çatımazlığı heç cür həll olunmur. Daima bu istəkləri sərkub olunur.
Şənbə günü Əhvazın Qəzaniyə şəhərində sakinlər içməli suyunun olmamasına etiraz edib. Min nəfər cəmiyəti olan bu məntəqənin əhalisi uzun illərdir ki bu müşküllün əlində çərasiz qalıb. Qəzaniyə Fərmandarisinin qarşısında keçirilən dinc etiraz əmniyyəti güclər tərəfindən şiddətlə bastırıldı. Sosyal medyada yayılan XƏBƏRƏ görə İran polisi mötərizləri xiyabandan dağıtmaq üçün savaş güllələriylə millətə hücüm edib. Yayılan məlumata görə bir neçə nəfər yaralanıb. Ayağı yaralanan bir gəncin görüntüləri yayılıb.
Məqamlardan lazimi cəvabı almayan mötərizlər Qəzaniyə-Məşu caddəsini bağlıyıb.
Əhvaz Polis Rəisi Mohsen Dalvənd bu etirazlarda ən az iki polisin pilastik gülləsiylə yaralandığını açıqlayıb. Onların sağlıq durumu yaxşldır. Dalvənd millətin etirazlarda haqlı olduğunu, amma təzahuratın izinsiz keçirildiyini deyib..
Bundan öncə Aban ayının etirazları Əhvaz-da ciddi basqı ilə yadda qaldı. Məşur şəhərində əmniyyət gücləri mötərizlərə qarşı duşqa kimi ağır silahlar istifadə etdi. O tarixdə bu şiddətli sərkubun xəbəri neçə gün sonra ortaya çıxdı. Amma qıssa zaman icində də unuduldu. Ərəb fəalları hesab edir ki, ölkədə Ərəb millətinə qarşı ayrı seçkilik var. Qaz, Nəft , bol əkin sahələri olan Əhvazlılar uzun illərin asimilasyon və ədalətsiz siyasəti sayəsində bu gün fəlakətli bir durumda yaşıyır. Umman Xəlicinin başqa tərəfindəki Ərəb milləti rəfah içində yaşadlğl halda, İranda yaşayan Ərəblər İslam Cumhuriyyətinin ayrıseçkilik siyasəti nəticəsində içmə suya belə möhtacdılar. Korona virusunun təkrar yayıldığı Əhvaz ustanında Suyun olmaması insani faciənin meydana gəlməsinə səbəb ola bilər.

Show More

Related Articles

Bir cavab yazın

Back to top button
Close
Close