İran

ƏKİNÇİLƏRİN QAYĞISINA QALAN YOXDUR

Tərəvəz məhsullarının bahalaşdığı bir fəsildə sadirat artır və qiymətlər kəskin yüksəlir. Bu kəskin bahalaşma da bəzi toolidçilərin heç bir bərnamə və məlumatı olmadan öz əsas məhsullarından imtina edərək yüksək qiymət artımı olan məhsulların becərilməsinə üz tutmalarına səbəb olur. Bu da əkinçi üçün yüksək riskə səbəb olur və ürzə təqazanı üstələyir.
Seyid Rza Nurani ölkədə soğan becərilməsi və artıq məhsul tolidinin vəziyyəti haqqında danışıb. O, bildirib ki, bəzi məhsulların bərnamə olmadan toolid edilməsi, əkinin yaxşılaşdırılması üçün bərnamənin olmaması, habelə ani təsmimlər əkinçilik məhsulları üçün bədbəxt hadisələrə səbəb olub.
“Keçən il sonunda soğan qıtlığı səbəbindən, bu məhsulun sadiratı üçün 10 min tümən tərifə nəzərdə tutuldu, Nəticədə bu məhsulun müştəriləri qadağalar üzündən İran bazarlarından uzaqlaşaraq bu çətinliklərin olmadığı bazarlara üz tutdular. Bu da, bizim sadiratda düzgün yanaşmamızın olmadığını göstərir”, – deyə əlavə edib.
Milli Əkinçilik Məhsulları Birliyinin rəisi, “başqa bir məsələ budur ki, əgər sadirat tərəqqi tapacaqsa və artım olacaqsa, sadirat zirsaxtımızın islah edilməsi və təsmim tutan orqanların birləşərək bir araya gəlməsi, dağınıq və pərakəndə təsmim tutmaqdan çəkinmələri və hər kəsin sadirat məsələsində özü üçün bir dastan söyləməməsi lazımdır”, – deyə bildirib.

Show More

Related Articles

Bir cavab yazın

Back to top button
Close
Close