Dünya

Amerika və Avropa İran barədə razılığa gəlib

Amerika və Avropa İranın atom silahı əldə etməsinin qarşısını almaq məqsədilə razılığa gəliblər. Belə ki, Amerikanın Xarici İşlər vəziri Antoni Blinken və Avropa Birliyinin Xarici Siyasət Məsələləri üzrə məsulu Cozef Borel fərvərdinin 4-də ortaq bəyaniyyə ilə çıxış ediblər. Avropa Birliyinin rəsmisi Amerikanın yenidən İranla atom anlaşmasına qoşulmaq qərarına gəlməsini yüksək qiymətləndirib. Eyni zamanda bildirilib ki, rəsmi Vaşinqton daha genişmiqyaslı anlaşmaların əldə olunması üçün danışıqlar etməyi düşünür.

Related Articles

Bir cavab yazın

Back to top button