İran

Xuzistanda(Ələhvazda) hava çirkliliyi səbəbindən 2500 nəfər xəsarət alıb

Son 4 gün ərzində İranın Xuzistan əyalətində hava çirkliliyinə görə 2 500 nəfər xəstəxanalara müraciət edib.

İran mediasının verdiyi məlumata görə, xəstəxanalara müraciət edən hər 10 nəfərdən 1-i stasionar müalicə alıb.

Müraciət edənlər arasında xüsusilə ürək və ağciyər xəstəliyindən əziyyət çəkənlər, tənəffüs dərmanlarından istifadə edənlər, yaşlılar və uşaqlar da var.

Qeyd edək ki, müxtəlif amillərlə yanaşı ölkədə 6,5 milyon ədəd avtomobilin, 12 milyon motosikletin isə 90 faizə yaxınının köhnə olması hava çirkliliyinin təhlükəli səviyyəyə çatmasının səbəblərindən biridir.

Son illər İranın paytaxtı Tehran hava çirkliliyi səviyyəsinə görə bir neçə dəfə “dünyanın ən çirkli şəhəri” seçilib.

Related Articles

Bir cavab yazın

Back to top button