İran

Elliot Abrams İrana tətbiq edilən sanksiyalardan danışıb

“İrana tətbiq edilən təhrimlərin böyük bir qismi insan haqları ilə bağlıdır və anti-terror mahiyyətlidir. Bu səbəblə də Bayden dövləti İrana qarşı bütün təhrimləri ləğv etməyəcək”. Bunu Amerikanın İran üzrə xüsusi nümayəndəsi Elliot Abrams “İsrael Times” qəzetinə müsahibəsi zamanı deyib. O, bildirib ki, Tramp dövlətinin məqamları Co Bayden timi ilə müxtəlif görüşlər keçirib. Onlar Bayden dövlətini 2015-ci ildəki nüvə anlaşmasının səmərəli olmadığına inandırmağa çalışırlar. Sipahın yüksək məqamı Mohsen Fəxrizadənin öldürülməsinə işarə edən Abrams deyib: “Heç kim onun qədər İranın atom proqramı barədə bilgili deyildi. Fəxrizadənin ölümü İranın atom fəaliyyətini yavaşladacaq”.

Related Articles

Bir cavab yazın

Back to top button