Site icon Aznews TV

“Əlinin ədaləti” kiber qruplaşması İranın Kəşfiyyat Nazirliyinin daha bir sənədini ifşa edib

“Aznews tv”xəbər verir ki, “Əlinin ədaləti” kiber qrupunun BBC-yə təqdim etdiyi bu sənəddə, habelə ETTELAAT-ın Tehran İnqilab Keşikçiləri Korpusuna müdaxilə etdiyi və Kəşfiyyat Nazirliyinin müxaliflərin şəxsi həyatına nəzarət etdiyi qeyd edilib.

Sənəddə 4 müxtəlif mövzudan danışılır. Birinci bəndin mövzusu siyasi fəal Nərgiz Məhəmmədinin “çıxış qadağasının götürülməsi” və xanım Məhəmmədinin “özünü məzlum kimi göstərmə” və “xitab olunanların hisslərini təhrik etmək”lə mediadan sui-istifadə etməsinə dair fikirlərdir.

Exit mobile version