İran

“Əlinin ədaləti” kiber qruplaşması İranın Kəşfiyyat Nazirliyinin daha bir sənədini ifşa edib

BBC-nin əldə etdiyi sənədə görə, İranda əmniyət və məhkəmə qurumları fəalların və müxaliflərin İran daxilində mövcud olmasının zərərinin onun faydalarından daha çox olduğu qənaətinə gəldikdə, onları ölkəni tərk etməyə məcbur edirlər.

“Aznews tv”xəbər verir ki, “Əlinin ədaləti” kiber qrupunun BBC-yə təqdim etdiyi bu sənəddə, habelə ETTELAAT-ın Tehran İnqilab Keşikçiləri Korpusuna müdaxilə etdiyi və Kəşfiyyat Nazirliyinin müxaliflərin şəxsi həyatına nəzarət etdiyi qeyd edilib.

Sənəddə 4 müxtəlif mövzudan danışılır. Birinci bəndin mövzusu siyasi fəal Nərgiz Məhəmmədinin “çıxış qadağasının götürülməsi” və xanım Məhəmmədinin “özünü məzlum kimi göstərmə” və “xitab olunanların hisslərini təhrik etmək”lə mediadan sui-istifadə etməsinə dair fikirlərdir.

Related Articles

Bir cavab yazın

Back to top button