İran

Ərdəbi̇ldə məi̇şət tullantılarının daşınması i̇lə bağlı problemlər var

Ərdəbil şəhərində məişət tullantılarının daşınması ilə bağlı bir sıra problemlər var. Bu durum şəhər sakinlərinin narazılığına səbəb olub. Müasir dövrdə tullantıların təkrar emalından ciddi gəlirlər əldə olunur. Ancaq bu məsələ İran şəhərlərində şəhrdarilər üçün böyük bir yükə çevrilib. Yaşam çevrəsi uzmanı Məsud Lahut tullantıların basdırılması məsələsinə diqqət çəkib. Onun sözlərinə görə, tullantılar növünə, tərkibinə və xüsusiyyətinə görə çeşidlənməlidir. Təhlükəli tullantıların qaydalara uyğun şəkildə zərərsizləşdirilməməsi yaşam çevrəsinə ciddi ziyan vurur. Lahut sözügedən problemlərlə bağlı maarifləndirmə yönündə işlərin görülməsinin vacibliyini dilə gətirib.

Related Articles

Bir cavab yazın

Back to top button