İran

Ərdəbilə yağan qar nəqliyyatın hərəkətini çətinləşdirib

“Ərdəbilə yağan qar dağlıq və gədik yollarında nəqliyyatın hərəkətini çətinləşdirib. Bu barədə Ərdəbil Əyaləti Yol Nəqliyyatı və Yola Nəzarət Baş İdarəsinin müdiri Kəlimulla Vüsuqi bilgi verib. O, insanları zəruri olmadığı halda səfərlərdən çəkinməyə çağırıb. Ərdəbil-Astara, Ərdəbil-Sərçəm, Ərdəbil-Xiyav, Ərdəbil-Germi, Germi-Biləsuvar, Biləsuvar-Pasrabad, Parsabad-Aslanduz, Aslanduz-Kəleybər, Xiyav-Parsabad, Xiyav-Əhər, Xalxal-Əsalim və Nir-Sarab yollarının da qarlı olduğu açıqlanıb. Vüsuqi dağlıq ərazilərə səfər etmək istəyən vətəndaşların əmniyət vəsayili götürmələrinin vacibliyini bildirib. Əks halda yol polisi tərəfindən çarx zənciri və qış təchizatı olmayan maşınların hərəkətinə icazə verilməyək. Məlumata görə, Gilanda Xalxal-Punelə gedən yollar əmniyəti təmin etmək üçün bağlanıb.

Related Articles

Bir cavab yazın

Back to top button