İran

Ərdəbil Əyalətində yeraltı suların səviyyəsi 12 metr enib

Ərdəbilin Bölgə Su şirkətinin Qoruma və İstifadə İşləri müavini deyib: “Su yataqlarında illik ortalama su çatışmazlığı 14 milyon mükəəb-metr, toplam su azlığı isə 700 milyon mükəəb-metrdir. Ərdəbil Çölündə yeraltı su yataqları səviyyəsinin ortalama enməsi 12 metr olub.”
Firuz Nidai, Tir ayının 28-i Ərdəbildə keçirilən xəbər toplantısında habelə deyib: “yeraltı suların enməsi və azalmasının qarşısını almaq hədəfi ilə su qaynaqlarını mütəadil etmə və çöllərin dirçəldilməsi tərhi 84-cü ildən başlayıb eləcə də ciddiyyətlə davam etdirilir. Əyalətdə qazılan su quyularının sayı 6 min 800 halğa olmaqla, həmin tərhə əsasən çalışmışıq ki, icazəsiz quyu qazılmasının qarşısını alaq və ötən illərdə 1520 quyu qapadılıb. Bu quyuların dolması ilə 45 milyon mükəəb-metr suya qənaət olunub. Habelə həddindən artıq su götürmənin də qarşısını almağa işlər görülüb. Bu yöndə 1900 ağıllı su sayğacı Ərdəbil Əyalətinin quyularında quraşdırılıb istifadəyə verilib. Bu ilin ilk günlərindən indiyədək 70 sayğac quraşdırılıb, 20 quyu da qapadılıb. Bu il ölkədə 147 milimetr yağıntı olub, Əyalətdə isə yağıntının miqdarı 249 milimetrə çatıb. Yamçı səddinin suyu 23 milyon mükəəb-metr, Saqqızçı 900 min, Araz səddinin suyu isə 699 milyon mükəəb metr azalıb. Bundan başqa bu sədlərə axan suların miqdarı da kəskin azalıb.”

Related Articles

Bir cavab yazın

Back to top button