İran

Ərdəbil divarlarina Yusif Kariyə dəstək şüarları yazılıb

Janviənin 20-də Ərdəbildə bir qrup azərbaycanlı fəal şəhər divarlarına şüarlar yazıblar. Fəallar şüarlar vasitəsilə 13 janviədən bəri aclıq etisabına başlayan Yusif Kari və başqa siyasi məhbuslara dəstək veriblər. Yazılarda Heyran meşələrində davam edən yanğınlara, məsulların səhlənkarlığına, yanğının kontrol edilməsi ilə bağlı ziddiyyətli açıqlamalara da etiraz edilib. Bildirək ki, İran məsulları desambrın 26-da Heyran meşələrində baş verən yanğının söndürüldüyünü açıqlayıb. Ancaq yayılan görüntülər və müstəqil raporlara görə yanğın hələ də davam edir. Bölgə sakinləri də yanğının davam etdiyini təsdiqləyiblər. Bilgilərə görə, fəallar tərəfindən divarlara “Yusif Kari ölüm astanasındadır”, “#Azərbaycanın_siyasi_məhbusu”, “Siyasi məhbusların hüquqlarının pozulmasına son qoyun”, “Azərbaycanda siyasi məhbusların aclıq etisablarını dəstəkləyirik”, “Təmiz meşə və siyasi məhbusların azad edilməsi”, “Biz Heyranıq”, “Kül, alovlar, tüstü, qaranlıq, Ərdəbil mərkəzi zindanı, qərəntinə, işgəncə” “Azərbaycanın yaşıl ağ ciyərləri hələ də yanır #Heyran” kimi şüarlar yazılıb.

Related Articles

Bir cavab yazın

Back to top button