İran

​​İranda yoxsul insanların sayı 28 milyona çatıb

İran parlamentində baş tutan son iclasların birində ölkədə yoxsulluq həddindən aşağı səviyyədə yaşayan 28 milyon insanın olduğu açıqlanıb. 

Sözügedən rəqəmlər günbəgün qorxunc sürətlə artır. Millət vəkillərinin çıxışlarda açıqladıqları rəqəmlər ictimaiyyəti heyrətə qətirib.

Belə ki, İbrahim Rəisi hakimiyyətə gələrkən ölkə əhaləsinin 10 milyon vətəndaşı yoxsul kimi qiymətləndirilirdi. Cəmi 2 il ərzində onların sayı daha 18 milyon artaraq 28 milyona çatıb.

Həmin rəqəmlərdən belə nəticə çıxartmaq olar ki, təxminən 87 milyon əhalisi olan ölkənin 32%-i kasıb insanlardan ibarətdir.

Qeyd edək ki, övladları xarici ölkələrdə təhsil alan, orada yaşayan və karyera quran, özləri isə vətəndaşlardan oğurladıqları milyardlarla kapitalı qərb ölkələrinə qaçıran hökumət mənsubları hər gün sadə insanları aldatmaqla məşğuldurlar. Bu cür təbliğatlara İranın dünyada olmayan nüfuzundan dən vurmaqları, ordusu ilə yer kürəsində super gücə çevrilməsi və iqtisadi göstəricilərin müsbətə doğru durmadan artmasını aid etmək olar.

#İran

Related Articles

Bir cavab yazın

Back to top button