İran

Ərdəbil zindanında edama məhkum edilmiş gənc damarlarını kəsdi

Güney Azərbaycanın Ərdəbil şəhərinin zindanında saxlanılan və bilərəkdən qətldə günahlandırılaraq edama məhkum edilmiş 21 yaşlı məhkum Əli Ərjəngi Fərd Qocabəyli intihara əl atıb.
İranda insan haqları fəallarının yaydığı bilgilərə görə, Əli Ərjəngi xordadın 22-də Ərdəbil zindanında öz boğazının bir hissəsini və damarlarını kəsib. Gənc məhkum təcili mərizxanaya çatdırılıb və ona 45 tikiş bayxası qoyulub. Onun vəziyyətinin hazırda son dərəcə ağır olduğu bildirilir.
Yayılan məlumata əsasən, dörd il öncə 17 yaşında qətl törədən ərdəbilli yeniyetmə bilərəkdən adam öldürməkdə günahlandırılaraq barəsində ölüm hökmü çıxarılıb. Vəkili isə müvəkkilinin günahsız olduğunu bildirir.
Əli Ərjəngi Fərd Qocabəyli Dey ayında mətbuata açıqlamasında demişdi ki, Məqtulun valideynləri onu bir milyard tümən qan pulu qarşılığında bağışlamağa hazırdır və bu məbləği ödəmək üçün ona vaxt da veriblər. Ancaq müttəhimin ailəsi nə qədər çalışsa da bu məbləği hazırlaya bilməyib.
İranda insan haqları fəallarının yaydığı xəbərdə bildirilir ki, gənc müttəhimə qan pulu ödəmək üçün verilən möhlətin müddəti Tir ayının sonuna qədər uzadılıb və əgər o bu müddətdə deyilən məbləği qətlə yetirilən şəxsin ailəsinə ödəyə bilməsə, barəsində çıxarılmış ölüm hökmü yerinə yetiriləcək.
Bildirilir ki, gənc azərbaycanlı məhkumun özünə qəsd etməsinin səbəbi də bu məbləği ödəyə bilməməsi və keçirdiyi ağır əsəb gərginliyi və iztirablarla bağlıdır.

Əli Ərcəngi 17 yaşında qətl ittihamı ilə tutuldu və o vaxtdan bəri Ərdəbil Mərkəzi Həbsxanasının gənclər bəndində saxlanılır.

Yetkinlik yaşına çatmayan müttəhəmə daha öncə qətl hadisəsi ilə əlaqədar Xüsusi Yetkinlik yaşına çatmayanların Məhkəməsinin 3 saylı şöbəsi tərəfindən edam cəzası verilmiş və hökm Di:van Ali Məhkəmə tərəfindən təsdiq edilib.
Xatırladaq ki, HERANA Xəbər Ajansı 1399-cu il üçün illik hesabatına əsasən, bu il İranda ən azı 4 uşaq yaşlı edam edilib və daha 2 gənc edam cəzasına məhkum olub.

Related Articles

Bir cavab yazın

Back to top button