Bölgə

İsrail ordusunun rəsmisi: “Lazım gələrsə, elə sabah İrana hücum edə bilərik”

"Lazım gələrsə, İsrailin Hərbi Hava Qüvvələri elə sabah İranın atom təsisatlarını bombalaya bilər".

“Lazım gələrsə, İsrailin Hərbi Hava Qüvvələri elə sabah İranın atom təsisatlarını bombalaya bilər”.

“Aznews tv”  xəbər verir ki, bu sözləri apreldə vəzifəsinin icrasına başlayacaq İsrailin Hərbi Hava Qüvvələrinin yeni komandanı Tomer Bar deyib.

Tomer Bar bu məsələnin onun vəzifədə olduğu vaxtda baş verəcəyinə ümid etdiyini bildirib.
Komanda əlavə edib ki, İsraildən 1000 kilometr aralıda baş tutacaq belə hücumun uğursuz olmasının ehtimalı mövcud deyil.

Qeyd edək ki, son aylar ərzində İsrail rəsmiləri dəfələrlə İrana qarşı hərbi varianta əl atacaqları barədə fikirlər dilə gətirirlər. Bütün bu təhdidlər Vyanada İranla 4+1 ölkələri arasında atom razılaşmasının canlandırılması üçün aparılan danışıqların dalana dirənməsi ilə daha da artıb.

Related Articles

Bir cavab yazın

Back to top button