İran

Ərdəbildə Təvərrüm yüzdə 45-dən çoxa artıb

Ərdəbil Əyaləti A:mar və İttilaat Təşkilatının müavini Fəriborz Dehqan deyib: “1400-cü ilin Mordad ayının  sonunda 12 aylıq təvərrüm nırxı Əyalətin şəhər ailələri üzrə yüzdə 45.2 artıb. Bu rəqəm ölkə üzrə şəhər ailələri barədə ortalama yüzdə 44.5-dir.”

Dehqan habelə bildirib ki: “Bu ilin Moradad ayında ölkə ilə Ərdəbil Əyaləti şəhər ailələri üçün ümumi göstərici rəqəmi  yüzdə 334.1 -ə yüksəlib, bu isə ölkə və Ərdəbil Əyaləti üzrə yüzdə 3.2 artım deməkdir. Yeyintilər, içikilər və doxaniyat quruhunun şaxisi ölkə üzrə şəhər ailələri üçün yüzdə 440, Ərdəbil əyalətində isə 405 olduğu bildirilib. Yeyinti olmayan kalalar və xidmətlər quruhunun şaxisi də ölkə üzrə həmin müddətdə 298, Əyalətdə isə yüzdə 277 olmuşdur. Həmin şaxis kənd ailələri üzrə fərqli rəqəmlərdir. Belə ki, 1400-cü ilin Mordad ayına sonuclanan 12 aylıq təvərrüm nırxı ölkənin kənd ailələri üçün yüzdə 48 Ərdəbil Əyalətində yüzdə 50 olub.

Related Articles

Bir cavab yazın

Back to top button