
Ərdoğan: “Azərbaycan müdafiə hüququndan istifadə edərək işğala son qoyub”
“Qafqazda sabitlik baxımından yaxın keçmişdə önəmli addımlar atılıb”. Bunu Türkiyə Prezidenti Rəcəb Təyyib Ərdoğan Birləşmiş Millətlər Təşkılatında çıxışı zamanı deyib.
Onun sözlərinə görə, Azərbaycan müdafiə hüququndan istifadə edərək işğala son qoyub.
“Azərbaycan qanuni müdafiə hüququndan istifadə edərək, Birləşmiş Millətlər Təşkılatınin Təhlükəsizlik Şurasının illərdir əməl olunmayan qərarlarını həyata keçirməklə öz torpaqlarındakı işğala son qoyub. Qafqazda davamlı sülhün adına yeni fürsətlər üçün pəncərələr açılıb. Tərəflərin atacağı bütün müsbət addımları dəstəkləməkdə qərarlıyıq”.