Dünya

Ərdoğan: “Bizi mövqeyimizdən döndərmək istəyirlər”

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın AKP-yə 100 min üzvün qatılması mərasimdəki çıxışı gündəmə çevrilib. Belə ki, o, “Türk xalqı ilə problemimiz yoxdur, problemimiz Ərdoğanladır”, – deyən Fransa prezidentinə sərt cavab verib. “Sənin zatən sürən az qaldı, gədəcəksən. Tarix bilgin heç yoxdur, Türkiyəyə tarix dərsi vermə”, – deyə Rəcəb Tayyib Ərdoğan bildirib.
Türkiyə prezidenti əlavə edib:
“Biz sizi Ruandadan olan Əlcəzairdən tanıyırıq. Bir neçə il öncə sizə nə dedim?
Telefon görüşümüzdə, bax tarix bilgin heç yoxdur, öncə tarixi öyrən demişdim. Türkiyəyə bir tarix dərsi vermə. Biz sizi Əlcəzayirdən tanıyırıq. 1 milyon əlcəzairlini siz öldürdünüz, 800 min Ruandalını siz öldürdünüz. Biz sizi Libidən tanıyırıq. Yüz minlərlə libilini siz öldürdünüz”.
Rəcəb Tayyib Ərdoğan ölkə olaraq həm içəri, həm xarici cəbhədə kəskin mübarizə apardıqlarını dilə gətirib. O, Türkiyənin terrorism və iqtisadi basqılarla hədəfə alındığını vurğulayıb. Habelə ölkə başçısı “bizi tutduğumuz kəskin mövqeyimizdən döndərmək istəyirlər”, – deyə bildirib.

Related Articles

Bir cavab yazın

Back to top button