İran

Ərdəbildə cinayətlərin çoxu işsizliklə ilgilidir

Ərdəbil ustanında tutulan müttəhəmlərin yüzdə 70-i işsizlər, yüzdə 2-si ali təhsilli olanlardır. Onların ən çoxu isə mötadlardır. Məlumata görə, Ərdəbil ustanında 4 ayda 7907 təsadüf səbt edilib. Bu barədə Ərdəbil ustanının İntizami fərmandehi Sərdar Huşəng Hüseyni jurnalistlərə verdiyi müsahibəsində danışıb.
Onun sözlərinə görə bununla bağlı ustanda 26 min 604 fəqərə pərvəndə açılıb. Bu il 10 min 927 müttəhəm tutuqlanıb. Bu da ötən illə müqayisədə yüzdə 8 azalma deməkdir. “Bu ilin ilk 4 ayında 7 min 907 yol təsadüfü səbt edilib. Beləliklə, ötən illə müqayisədə yüzdə 49 azalma görünür. Bu təsadüflərin yüzdə 1-i ölüm, yüzdə 18-di yaralanma, yüzdə 81-i isə xəsarət alma ilə ilgilidir. Beləliklə, ölüm hallarında ötən illə müqayisədə yüzdə 6 azalma səbt edilib”,-deyə Hüseyni qeyd edib.

Related Articles

Bir cavab yazın

Back to top button