Azərbaycanİran

Sulduz bazarı yandı: Sahibkarlara külli miqdarda ziyan dəyib

Qərbi Azərbaycan əyalətinin Sulduz (Nəqədə) şəhərinin "Əmin" bazarında güclü yanğın olub.

Bu barədə Qərbi Azərbaycan əyalətinin Qızıl Aypara Cəmiyyətinin başçısı Həmid Məhbubi məlumat verib.

Onun dediyinə görə yanğın iyunun 25-i gecə saat 21:55-də başlayıb və hadisə nəticəsində 20 nəfər xəsarət alıb.

Məhbubi “Əmin” bazarında 800 kvadrat mettrlik sahədə 50 mağazanın yandığını deyib.

Lakin başqa məlumatlarda yanğının ətrafa yayılması nəticəsində 110 mağazanın yandığı və iş adamlarına böyük məbləğdə maddi ziyanın dəyidiyi bildirilir.

İlk açıqlamalarda yanğının qısaqapanma nəticəsində baş verdiyi və araşdırmaların davam etdirildiyi qeyd edilib.

Related Articles

Bir cavab yazın

Back to top button