Azərbaycan

Əyalət rəsmisi: Təbrizdə baş verəcək zəlzələdən nigəranıq

Şərqi Azərbaycan əyalətinin rəsmisi Təbrizdə baş verəcək fəaciə barədə xəbərdarlıq edib.

Şərqi Azərbaycan əyalətinin Böhran İdarəetmə Mərkəzinin başçısı Məhəmmədbaqir Hünərbər Təbrizdə baş verə biləcək faciə barədə xəbərdarlıq edib və nigəran olduqlarını söyləyib.

O, əyalətdə təbii fəlakətlər və hadisələrin baş vermə ehtimalının hər zaman yüksək olduğuna toxunaraq, Təbriz əhalisinin dörddə birinin dayanıqsız şəhərətraflı bölgələrdə yaşadığınə və təcili olaraq şəhərsalma ilə bağlı tədbirlər görülməsinin vacibliyini deyib.

“Zəlzələyə Qarşı Təhlükəsizlik və Təbii Fəlakətlərin Fəsadlarının Azaldılması Günü” ilə bağlı çıxış edən Hünərbər, 2003-cü ildə Bəmdə baş verən zəlzələdə 70 min nəfərin öldüyünü, evlərin 100%-nın dağıldığını xatırladıb.

“10 ildən çoxdurki parlament Böhranın İdarəedilməsi qanununu təsdiq etmədiyi üçün bir çox qurumlar qeyri-müəyyən durumdadırlar. Bu səbəbdən bizim vəzifə və səlahiyyətlərimizdə naməlum olaraq qalmaqdadır”-deyə, parlamentin fövqüladə hallarla bağlı qanunu təsdiq etmədiyini tənqid edib.

Böhran İdarəetmə Mərkəzinin başçısı bir neçə gün öncə Təbrizin Abbasi küçəsində 5 nəfərin ölümü, 15 nəfərin yaralanması ilə nəticələnən yaşayış binasının çökməsini xatırladaraq “hadisə fövqüladə durumlarla bağlı əyalətin əlaqədar qurumlarında lazimi texnika və avadanlıqlar baxımından çatışmazlıqlar olduğunu göstərdi”-deyə, başçılıq etdiyi idarədə belə hallar üçün lazimi imkanların olmadığına işarə edib.

Related Articles

Bir cavab yazın

Back to top button