Dünya

Avropa Komissiyasının Prezidenti: “Buçada insanlığa hücum olub”

Səfərimə Buçadan başlamaq vacib idi. Çünki Buçada insanlığa hücum olub. Bu barədə Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen “Twitter“ səhifəsində yazıb.

“Ukrayna xalqına mesajım: bu vəhşilikləri törədənlər məsuliyyətə cəlb olunacaqlar. Sizin mübarizəniz bizim mübarizəmizdir.Mən Avropanın sizin yanınızda olduğunu demək üçün bu gün Kiyevdəyəm”, – Leyen yazıb.

Xatırladaq ki, Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen və Avropa İttifaqının (Aİ) Xarici siyasət və təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrell Kiyevdədir.

Bu arada Britaniya Ukraynaya əlavə hərbi yardım ayırıb.
Boris Conson Ukraynaya 100 milyon funt sterlinq dəyərində əlavə hərbi yardım ayrıldığını bildirib.

Britaniyanın Baş naziri Boris Conson Ukraynada dəmiryol vağzalının bombalanmasının ardından ölkəsinin Ukraynaya yeni yardımını açıqlayıb.

Conson bu yardımın 100 milyon funt-sterlinq dəyərində olduğunu bildirib. Baş nazir bildirib ki, Böyük Britaniya əlavə hərbi texnika, o cümlədən “Starstreak” zenit raketləri və 800 tank əleyhinə raket göndərəcək.

Related Articles

Bir cavab yazın

Back to top button