İran

Ərdəbil əhalisi koronavirusla bağlı statistikalara inanmır

Koronavirusa tutulanların aamarına baxmayaraq, insanlar lazımı qədər sağlamlıq qaydalarına əhəmiyyət vermirlər. Turizm ustanı olan Ərdəbil bu günlərdə yerli olmayan maşınlarla doludur.
Xatırladaq ki, 1398-ci ilin isfənd ayından bəri korona yayılaraq xalqın sağlamlığına böyük xətər yaradıb. Öncə, virusun bilinməyən mahiyyətinə görə, bu mərizliyə tutulmaq qorxusu və stresi insanları şəxsi sağlamlıq qaydalarına əməl etməyə vadar edirdi. Amma indi bu qorxulu virusun yayılmasından təqribən 7 ay keçdikdən sonra, virusa tutulanların sayının gündən-günə artmasına baxmayaraq, insanlar ilk günlərdəki kimi, artıq ona həssas və qorxu hissi ilə yanaşmırlar.
Ərdəbilin yerli dövlət orqanları koronanın yayılmasının qarşısını almaq hədəfi ilə tibb işçiləri və pərəstarların yükünü azalda bilmək üçün şəhərin istirahət və turism mərkəzlərini bağlasalar da, təəssüf ki, insanlar qaydaları pozaraq virusun yayılmasını gücləndirirlər.

Related Articles

Bir cavab yazın

Back to top button