Dünya

Amerika koronavirus vaksini üçün Moderna şirkəti ilə müqavilə bağladı

Amerika koronavirus vaksinin 100 milyon dozunun düzəldilməsi üçün Moderna Dava Düzəltmə Şirkəti ilə qərardad bağlayıb. Məlumata görə, Moderna Şirkəti hər bir nəfər üçün vaksin dozunun qiymətini 35 dolar 50 sent təyin edib. Vaksin üzrə ən aşağı qiyməti Astra Zeneka Şirkəti təqdim edib. Başqa şirkətlərin bildirdiyi qiymətlər isə 20- 42 dolar arasında dəyişir. Amerika prezidenti Donald Tramp murdadın 21-də Ağ Evdə keçirdiyi konfransda məsələyə münasibət bildirib. “Hazırda 3 koronavirus vaksini sonuncu yoxlama mərhələsindədir. Amerika dövləti ən çox uğurlu ola biləcək 6 vaksinin düzəldilməsi, habelə kütləvi tolid olunmasına sərmayə yatırıb” ,-deyə o, bildirib. Xatırladaq ki, koronavirus vaksinin düzəldilməsi son mərəhələyə yaxınlaşıb. Belə bir vaxtda dünya üzrə koronavirusa tutulanların sayı 20 milyon nəfəri ötüb. Ölənlərin sayı isə 740 min nəfərə çatıb.

Related Articles

Bir cavab yazın

Back to top button