İran

“İranda nazirlər parlamentin üzvlərinə rüşvət verir”-Təbrizin millət vəkili

"İranda nazirlər impiçment olunmamaq üçün parlamentinin üzvlərinə bahalı hədiyyə və avtomobillər verirlər". Bunu Təbriz, Üskü və Tufarqan şəhərlərinin İran parlamentindəki nümayəndəsi Əhməd Əlirzabeygi deyib

O, sənaye, mədən və ticarət naziri Seyid Rza Fatimi Əminin impiçment olunmamaq üçün millət vəkillərinə 75 bahalı avtomobil verdiyini söyləyib.

Millət vəkili bu məsələlərlə bağlı parlament üzvlərinə daha əlavə imtiyazlar tanındığını deyib.

Təbriz nümayəndəsi parlamentin Rəyasət Heyətindən bu imtiyazlar və hədiyyələrin səbəblərini araşdırmasını tələb edib.

Qeyd edək ki, qar.ıdakı həftə sənaye, mədən və ticarət nazirinin impiçment olunacağı gözlənilir.

Related Articles

Bir cavab yazın

Back to top button