Azərbaycan

Təbrizli milli fəala 6 il həbs cəzası verildi

Təbrizin İnqilab Məhkəməsinin 3-cü bölməsi milli fəal barəsində ağır qərar çıxarıb.

Təbrizin İnqilab Məhkəməsinin 3-cü bölməsi milli fəal Ruzbeh Piri ağır qərar çıxarıb və onun 6 il həbs cəzasına məhlum edilməsi barədə hökm verib.

Dekabrın 14-də Qazi Fəthnəjadın başçılığı ilə keçirilən məhkəmə iclasında milli fəal “sistemə qarşı təbliğat” ittihamına görə 1 il, “hökumətə müxalif qqruplara üzvlük” ittihamına görə isə 5 il həbsə məhkum edilib.

R.Piri 9 sentyabrda 12 nəfər mülki geyimli təhlükəsizlik məmuru tərəfindən saxlanılıb.

Saxlanıldığı zaman heç bir məhkəmə qərarı göstərilməyib. O, məmurlar tərəfindən ağır şəkildə döyülüb.

Şahidlərin sözlərinə görə ağır bədən xəsarətləri alan milli fəal zorakılıqla maşına mindirilərək naməlum yerə aparılıb.

O, iki həftə təhlükəsizlik təcridxanasında saxlanılıb və dindirildikdən sonra Təbriz Mərkəzi Zindanına köçürülüb və sentyabrın 29-da 300 milyon tümənlik girov qarşılığında müvəqqəti olaraq məhkəməyə qədər azadlığa buraxılıb.

Ruzbeh Piri daha öncə də dinc fəaliyyətlərindən dolayı dəfələrlə həbs və mühakimə edilib.

Related Articles

Bir cavab yazın

Back to top button