Dünya

Bayden: “Tramp və tərəfdarları ekstremizmi təcəssüm etdirirlər”

Birləşmiş Ştatların respublikaçı keçmiş prezidenti Donald Tramp və tərəfdarları Amerika siyasi sisteminin əsaslarını təhdid edən ekstremizmin təcəssümüdür.

Bunu cümə axşamı ABŞ Prezidenti Cozef Bayden Filadelfiyada demokratik dəyərlər və respublikaçıların siyasətinə qarşı çıxması ilə bağlı çıxışı zamanı deyib.

“Donald Tramp və MAGA şüarını dəstəkləyən respublikaçılar bizim ölkəmizin təməllərini təhdid edən ekstremizmin təcəssümüdür”, – Ağ Ev rəhbəri deyib. “Bərabərlik və demokratiya təhdid altındadır. Və əgər biz elə deyilmiş kimi davransaq, vəziyyəti özümüz üçün daha da pisləşdirəcəyik”, – o əlavə edib.

MAGA (“Make America Great Again” – “Amerikanı yenidən böyük edək” – red) Respublikaçı Trampın 2016-cı il seçki kampaniyasında ABŞ-ın siyasi leksikonuna yerləşmiş əsas siyasi şüarıdır.

Bundan əlavə, Amerika lideri qeyd edib ki, Birləşmiş Ştatlar hazırda onun gələcəkdə necə ölkəyə çevriləcəyini müəyyən edəcək dönüş dövrünü yaşayır.

“Düşünürəm ki, Amerika dönüş nöqtəsindədir, bu, gələcəyin nə olacağının müəyyən edildiyi anlardan biridir”, – Bayden deyib.

Related Articles

Bir cavab yazın

Back to top button