
Bu barədə “Axios” portalı məlumat yayıb.
Bildirilib ki, S.Uitkoff İsrail rəsmiləri ilə nüvə proqramı üzrə Amerika-İran danışıqlarını müzakirə edib. Görüşdə Barnea və Dermer aprelin 19-da Romada İranla danışıqların ikinci raundundan əvvəl Amerikanın mövqeyinə təsir etməyə çalışıblar.
Məlumata görə, İsrailin Baş naziri Benyamin Netanyahu Amerikanın İranın nüvə proqramına dair 2015-ci il razılaşmasına bənzər saziş bağlaya biləcəyindən narahatlığını ifadə edib.