Dünya

Amerika: “Ukraynaya hücumlarda İran dronlarından istifadəyə dair çoxlu sübutlarımız var”

ABŞ Dövlət Departamenti bəyanat yayaraq bildirib ki, Birləşmiş Ştatlar İngiltərə və Fransa ilə birlikdə çərşənbə günü BMT Təhlükəsizlik Şurasının iclasında İran dronlarının Rusiyaya verilməsi məsələsini qaldırıb və BMT katibliyinin bu “təhlükəli silahlarla bağlı ekspert hesabatı” da iclasın üzvlərinin diqqətinə çatdırlıb.

Amerika rəsmiləri bu yay Rusiyanın İrandan insansız uçaqlar almağı və Ukraynaya qarşı savaşda istifadə etməyi planlaşdırdığını açıqlasa da, İran XİN-i bu xəbərləri təkzib etmişdi

Dövlət Departamenti habelə bəyan edib: “İndi əlimizdə həmin dronların Ukraynanın dinc əhalisinə və bu ölkənin vacib mülki infrastrukturuna hücum etmək üçün istifadə edildiyinə dair çoxlu faktlar var. İranın yalan danışmağa davam etdiyini və Ukraynada istifadə üçün Rusiyaya silah göndərdiyini inkar etdiyini nəzərə alaraq, biz bu təhlükəli silahların Rusiyaya ötürülməsinin qarşısını almaq üçün müttəfiqlərimiz və tərəfdaşlarımızla işləməyi özümüzə borc bilirik”.

Related Articles

Bir cavab yazın

Back to top button