İran

İsfahanın cümə imamı: “Qadın və kişi bir yerdə işləməməlidir, belə iş yerlərinin lisenziyası ləğv edilməlidir” 

“Camaran” saytına müsahibəsində İsfahan şəhərinin cümə imamı Yusif Təbatəbainejad “Əxlaq” polisinin yenidən fəaliyyətə başlamasına toxunaraq deyib ki, məcburi hicaba qarşı çıxan iş yerlərinə pul cərimələri tətbiq edilməsinin əvəzinə, lisenziyaları ləğv edilməlidir.

Onun sözlərinə görə, belə iş yerlərinin can damarı hökumətin əlindədir və bu uyğunsuz iş şəraiti olan mağazalar dərhal bağlanmalıdır:

“Qadın və kişinin eyni mağazada işləməsi heç vaxt düzgün deyil. Əgər mağaza sahibi yanında işləyən qadının bacısı olduğunu desə belə, bu, yenə də səhvdir”.

Related Articles

Bir cavab yazın

Back to top button