az

İran konsulluğuna hücumla bağlı Ali Milli Təhlükəsizlik Şurasının iclası keçirilib.

İsrail ordusu Dəməşqdəki İran səfirliyinə bitişik binaya zərbələr endirib. İsrail Telegram kanallarının məlumatına görə, hədəf İran rəsmiləri ilə görüşən yüksəkrütbəli “İslami Cihad” üzvü olub. 6 nəfərin öldüyü bildirilir.

Ali Milli Təhlükəsizlik Şurasının Katibliyi: “Sionist rejimin diplomatik toxunulmazlıqdan istifadə edən yerlərə və insanlara qarşı növbəti hərbi cinayəti, həmçinin general-mayor Məhəmməd Rza Zahedinin şəhadətindən sonra Ali Milli Təhlükəsizlik Şurası dünən axşam saat 21:00-da iclas keçirib. Prezidentin və baş şuranın iştirakı ilə müvafiq qərarlar qəbul edilib”.

İsrailin Dəməşqə endirdiyi zərbə nəticəsində SEPAH-nin Suriya və Livandakı Sepah-e-Qods xüsusi təyinatlılarının komandiri Məhəmməd Rza Zahedi məhv edilib. Bu barədə Suriyanın Telegram kanalları yazır.

İsrailin Telegram kanallarının məlumatına görə, “bu, İsrailin 2018-ci ildən bəri Suriyaya ən ciddi zərbəsidir və ciddi bir eskalasiyadır”. İranyönlü Telegram kanalları İranın Suriyadakı səfirinin xəsarət almadığını bildirir.

Related Articles

Bir cavab yazın

Back to top button