Dünya

Dünyada koronavirus təhlükəsi davam edir

Dünyada koronavirusa yoluxanların sayı 119,96 milyon nəfəri ötüb. Bu barədə Dünya Sağlıq Təşkilatı bildirib. Təşkilatın məlumatına görə, dünyada koronavirusa yoluxma ilə bağlı təsdiq edilmiş halların sayı 119 960 700 olub. Qeyd edilir ki, koronavirusdan ümumilikdə 2 656 822 insan ölüb. Yoluxma ilə bağlı təsdiq edilmiş halların sayı son 24 saatda 327 255 nəfərə çatıb. Son bir gündə müalicə alan daha 6 668 məriz həyatını itirib. Son 24 saatda koronavirusa yoluxanların yüzdə 41-dən çoxu Avropanın, daha sonra Quzey və Güney Amerika, ardından isə Güney-Doğu Asiyanın payına düşür. Dünyada ən çox yoluxma halı Amerika, Hindistan, Brezil və Rusiyada qeydə alınıb.

Related Articles

Bir cavab yazın

Back to top button