Azərbaycan

Güneyli rejissorun filmi beynəlxalq mükafata layiq görülüb

Güney azərbaycanlı rejissor Məhəmməd Əlimuradinin “Azərbaycan dilində çəkdiyi "Adım” filmi ən yaxşı qısametrajlı sənədli film mükafatına layiq görülüb.

“Flatness Film Awards” film festivalında ən yüksək bal toplayan bütün filmlər rəsmi müsabiqə üçün seçilir və hər mövsümün ən yaxşısını müəyyən edən ən azı üç münsif tərəfindən qiymətləndirilir.

Qeyd edək ki, Şərqi Azərbaycan əyalətinin Mərənd şəhərindən olan və jurnalistika üzrə bakalavr dərəcəsi alan Məhəmməd Əlimuradi, bundan öncə Türkiyədə keçirilən Beynəlxalq “Qorqud Ata” Film Festivalında “Əkizlər” qısa metrajlı sənədli filminə görə ən yaxşı sənədli film mükafatını qazanıb.

Related Articles

Bir cavab yazın

Back to top button