İran

Uluslararası Atom Enerjisi Ajansı İranı ikitərəfli razılaşmanın uzadılmasına bir an öncə cavab verməyə çağırdı

Uluslararası Atom Enerjisi Ajansı İran rejiminin ikitərəfli müvəqqəti razılaşmanın uzadılmasına hələ cavab vermədiyini və Tehranın məsələ ilə bağlı “tezliklə cavab verməli” olduğunu bildirib.

Məlumatlara görə, ajansın baş müdiri Rafael Qrossi cümə günü məsələ ilə bağlı İdarə Heyəti üzvlərinə bilgi verərək, eləcə də Tehran rejiminin bu razılaşma çərçivəsindəki bəzi fəaliyyətləri haqqında məlumat toplamağa davam etdirilməsinin “həyati önəmini” vurğulayıb.

Bundan öncə, Həsən Ruhaninin dəftərinin başçısı Mahmud Vaezi İran Ali Milli Əmniyət Şurasının məsələ ilə bağlı qərar verəcəyini açıqlamışdı.

Bununla belə o, bu qərarın verilməsi ilə bağlı dəqiq tarix açıqlamayıb.

“Bloomberg”ə görə, belə bir nigaranlıq var, İran rejimi uranyomu zənginləşdirmə fəaliyyətləri ilə bağlı həssas bilgiləri silə bilər.

Related Articles

Bir cavab yazın

Back to top button