İran

Xameneyinin yaşadığı bölgədə mobil telefon əlaqələri kəsilib

İranın rəhbəri Seyid Əli Xameneyinin sağlıq durumunun ağırlaşdığı, nəzərdə tutulan bir sıra vacib görüşlərin ləğv edilməsindən sonra onun səhhəti ilə bağlı şübhəli ehtimallar artıb.

İranın keçmiş baş naziri Mirhüseyn Musəvinin mühafizəçisi Əlirza Əfşar məsələ ilə bağlı özünün tvitter hesabında paylaşım edib.

“48 saatdan sonra Xamneyinin mühafizəsinin dörd qatının yerdəyişməsi həyata keçirilməyib. “Mərmər Sarayı”nın içərisində bu dəqiqə sızdırmaq istəmədikləri xəbərlər var.

Saray bölgəsinin mobil telefon əlaqələri də kəsilib”-deyə, Əfşar yazıb.

Qeyd edək ki, iki gündür bir sıra xarici media orqanları və sosial mediada İranın rəhbəri Əli Xameneyinin vəziyyətinin ağırlaşması ilə bağlı xəbər yayılıb.

Ancaq Tehran rəsmiləri və İran mediası məsələ ilə bağlı dəqiq açıqlama verməyib.

İran İnqilab keşikçiləri Korpusuna yaxın xəbər agentlikləri Əli Xamneyinin səhhətinin normal və özünün iş başında olması ilə bağlı iddialarını təsdiq edən heç bir görüntü yayılmayıb.

Related Articles

Bir cavab yazın

Back to top button