Dünya

Rusiya Finlandiya və Lativiya ilə sərhədləri dəyişməyə hazırlaşır – Nüvə təlimləri ilə eyni gündə açıqlandı

Rusiya hakimiyyəti ölkənin Baltik dənizində Litva və Finlandiya ilə dəniz sərhədlərini birtərəfli qaydada dəyişdirmək qərarına gəlib.

Bu barədə “The Moscow Times” qəzetinin rusdilli versiyası hüquqi aktlar portalında dərc olunan qətnamə layihəsinə əsasən məlumat yayıb.

Qeyd olunur ki. Rusiya Müdafiə Nazirliyi Finlandiya körfəzinin şərq hissəsində və Kalininqrad vilayətinin Baltiysk və Zelenoqradsk şəhərləri yaxınlığında ölkənin dəniz sərhədinin dəyişdirilməsi ilə bağlı qanun layihəsi hazırlayıb. Beləliklə, Moskva Rusiyanın Baltik dənizində Litva və Finlandiya ilə dəniz sərhədlərini birtərəfli qaydada dəyişməyə hazırlaşır.

Rusiya hökuməti bir neçə ada ərazisində, eləcə də Narva çayının şimal giriş burnu yaxınlığında koordinatları dəyişmək niyyətindədir.

Qəzet bu məlumatları Rusiya hökumətinin qərarının əlavəsinə istinadən təqdim edir. Layihənin müəllifləri iddia edirlər ki, 1985-ci ildə SSRİ Nazirlər Soveti tərəfindən müəyyən edilmiş coğrafi koordinatlar indiki coğrafi vəziyyətə tam uyğun gəlmir.

Səndəddə qeyd olunur ki. nöqtələr kiçik miqyaslı dəniz naviqasiya xəritələrindən istifadə etməklə qeydə alınmışdır ki, bu da öz növbəsində 20-ci əsrin ortalarına aid işlərə əsaslanır. Nəticədə bu, daxili dəniz sularının xarici sərhədini müəyyən etməyə imkan vermir.

Müdafiə Nazirliyi tərəfindən SSRİ Nazirlər Sovetinin Baltik dənizində sərhədləri tənzimləyən 40 illik qərarının qismən effektiv olmayan hesab edilməsi təklif olunur.

Finlandiya və Litva Xarici İşlər Nazirlikləri tərəfindən hələlik rəsmi şərh edilməyən sərhəd revizyonu sənədi, taktiki nüvə silahlarından istifadə üzrə təlimlərin başlanması ilə eyni vaxtda ictimai müzakirəyə təqdim edilib.

Xatırladaq ki, Rusiya Müdafiə Nazirliyi Cənub Hərbi Dairəsində bu təlimlərə başladıqlarını açıqlayıb.

Related Articles

Bir cavab yazın

Back to top button